heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?

Вчера, 19:58 33 dəfə baxılıb

Milano Hospitalda qanunsuz estetik əməliyyat:  Tibbi təhsili olmayan  Vəfa “Gündoğan” yoxsa “Barisovna” adlı həkim kimdir?

“Heqiqixeber.az” xəbər verir ki, son zamanlar estetik əməliyyatlaral bağlı sosial platformalarda şikayətlər səngimir.

Estetik əməliyyatlar və prosedurlar zamanı  tibbi təhsili olmayan” həkimlər”in yaratdığı qüsurlar insanların üzlərində növbəti əməliyyatlarda da belə aparıla bilmir.  Bu kimi hadisələrə hüquq-mühafizə orqanları ciddi mübarizə aparır,lakin bəzi klinikalarda belə hallar davam etməkdədir.

 “Milano Hospital”da  heç bir ali tibbi təhslili olmayan həkim sertifikasiyasında keçməyən əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” adlı həkim estetik əməliyyatlar icra etdiyi iddia edilir.  

 Təqdim etdiyimiz görüntülərdə pasiyent “Milano Hospital”da Vəfa adlı həkimin qəbulunda olublar.  Estetik əməliyyat olunması üçün “üzgərmə əməliyyatı ”  “Milano Hospitalda Vəfa adlı “həkim”lə  5500  manata razılaşıblar. Həkim məsləhəti ilə təcrübəli anestezioloq əməliyyatda iştirak edəcəyi bildirilir hətta tarixdə seçirlər 18 fevral lakin həkimin həmin gün doğum günü olduğu üçün 19 fevrala təyin olunur.

 Pasiyentin Vəfa ” həkim”ə ne qədər vaxta sağalacaq deyə sualına isə 15 gün sonra tikişlər açılacaq və normal həyata qayıdacaqsız,həmçinin “narkozdan” ayılacaqsız cavabı verir.

 Güzgü önündə pasiyent Vəfa “həkimə” sual verərək “siz əməliyyatı icra edəksiz” bir neçə dəfə soruşur və Vəfa “həkim”də təsdiq edərək bildirik ki bəli mən edəcəm.  


Bunulada sövdələşmə və digər tibbi prosedurlar barədə danışıqlar aparılır. Lakin məsələnin maraqlı tərəfi budur ki, heç bir ali  tibbi təhsli olmayan həkim setifikasiyasında keçəməyən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin estetik əməliyyat icra edən həkimlərin siyahısnda adı olmayan şəxs hansı əsaslarla “Milano Hospitalı”nda estetik əməliyyat “üzgərmə”  icra edir.

 Qanunvericliyə əsasən bu cinayət əməlidir və məsuliyyətə səbəb olur.

“ Milano hospitalı” ilə əlaqə saxlayaraq bildirilib ki orada Vəfa adlı estetik əməliyyat edən həkim yoxdur sosilal platformalarda özünü Dr. Vəfa əvvəl “ Gündoğan” indi isə “Barisovna” adı ilə təqdim edən şəxs Rəşad doktorun köməkçisi  olduğu bildirilib.

Lakin görüntülərdədə məlum olur ki Milano Hospitalı Vəfa əvvəl “ Gündoğan” indi isə “Barisovna”naya geniş şərait yaradılıb və estetik əməliyyat etməyə icazə verilib.

 Bəs Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu kimi hallara niyə göz yumması müəmmaldır.

 İnanırıq ki, belə qanunszuluqların qarşısı hüquq-mühafizə orqanları tərəfindən  operativ tədbirlərlə alınacaq.

 Xəbərdə adı keçən şəxslərində və aidiyyatı qurumlarında  fikirlərini yayımlamağa hazırıq.






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031