heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Xamenei qayıtdı” gündəm oldu

13-03-2026, 12:26 74 dəfə baxılıb


ABŞ, İsrail və İran arasındakı 13 günlük müharibə animeyə uyğunlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, “Xamenei qayıtdı” adlı anime İran mediasında, eləcə də, sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb.
Anime ABŞ-İsrail hücumu nəticəsində İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsi ilə başlayır.
Daha sonra yüksək rütbəli bir generalın ABŞ Prezidenti Donald Trampa əməliyyatın başa çatdığını bildirməsi göstərilir.
Hekayənin davamında Müctəba Xamenei peyda olur. O, ölümündən sonra atasının üzüyünü və İran bayrağını götürərək, liderliyə yüksəlir. Videonun son hissəsində Müctəba Xameneinin əmrləri ilə başlayan genişmiqyaslı əks-hücum göstərilir. Ssenari İran raketlərinin atıldığı görüntülərlə başa çatır.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930