heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

T Ə B R İ K

Вчера, 11:29 36 dəfə baxılıb

Tanınmış jurnalist, hüquqşünas və şair, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ağsu Yazarları” və “İti Qələm” Ədəbi birliklərinin rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Raqif Nazimoğlu  qardaş Türkiyə tərəfindən yüksək mükafata layiq görülmüşdür.

Belə ki, ona Türkiyə Uluslararası Akademiyası tərəfindən “Qızıl” medal və Fəxri Akademik adına layiq görüldüyünü təsdiq edən diplomlar təqdim olunmuşdur. Bu nüfuzlu mükafat Raqif Nazimoğlunun uzun illər ərzində jurnalistika, hüquq və ədəbiyyat sahəsində göstərdiyi səmərəli fəaliyyətin, zəngin yaradıcılığının və milli-mənəvi dəyərlərə verdiyi töhfələrin yüksək qiymətləndirilməsidir.

Qardaş ölkə tərəfindən verilən bu dəyərli təltif, eyni zamanda onun yaradıcılığının beynəlxalq səviyyədə tanındığını və böyük rəğbət qazandığını göstərir.

Dəyərli ziyalımız Raqif Nazimoğlunu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıram.

Tapdıq ƏLİBƏYLİ






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031