heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Aikido məktəbdə: sağlam nəsil və güclü gələcək naminə uğurlu layihə”

18-03-2026, 13:02 181 dəfə baxılıb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Aikido məktəbdə: hərəkət, sağlamlıq, inkişaf” layihəsi uğurla yekunlaşıb.
Layihənin məqsədi ibtidai sinif şagirdlərinin fiziki və psixoloji inkişafına, sağlam həyat tərzinə və sosial bacarıqlarına töhfə vermək üçün onların real aikido təlimlərinə cəlb olunmasını təmin etməkdən ibarət olub. Layihə çərçivəsində Azərbaycan Aikido Federasiyasının peşəkar məşqçisi tərəfindən 15 nəfər ibtidai sinif şagirdinə 64 saatlıq aikido təlimləri keçirilib.
Qeyd edək ki, təlim proqramına şagirdlərin sosiallaşmasını və komanda daxilində əməkdaşlıq bacarıqlarını təşviq edən fəaliyyətlər də daxil edilib. Bu da şagirdlərin yalnız fiziki deyil, eyni zamanda sosial və emosional inkişafına töhfə verərək, məktəb mühitində zorakılıq hallarının azalmasına müsbət təsir göstərib.
Layihə Bakı şəhəri 251 nömrəli tam orta ümumtəhsil məktəbində Sərxan Yusifzadənin rəhbərliyi ilə həyata keçirilib.

Xezertv.info





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930