heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü

Вчера, 11:17 141 dəfə baxılıb


İran ABŞ-nin davam edən müharibəyə son qoymaq məqsədi daşıyan təklifinə mənfi cavab verib və bunun yalnız Tehranın öz şərtləri çərçivəsində baş verəcəyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran hökumətinin yüksəkvəzifəli rəsmisi Press TV-yə danışıb.
O qeyd edib ki, Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb:
“İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək”.
Həmin şəxs əlavə edib ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə “ağır zərbələr” endirmək niyyətindədir:
“Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb və Tehran tərəfindən “həddi aşan” və ABŞ-nin döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb”.
Rəsmi şəxs İranın müharibəni dayandırmağa razı olacağı beş konkret şərti də açıqlayıb:
- Düşmən tərəfindən “təcavüz və sui-qəsdlərin” tamamilə dayandırılması;
- Müharibənin yenidən İslam Respublikasına yüklənməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması;
- Müharibədə dəyən ziyan və təzminatların zəmanətli və aydın şəkildə müəyyən edilmiş ödənişi;
- Müharibənin bütün cəbhələrdə və bölgədə başa çatması; 
- İranın Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməsi onun təbii və qanuni hüququdur və belə də qalacaq, bu, digər tərəfin öhdəliklərinin yerinə yetirilməsi üçün zəmanət təşkil edir və tanınmalıdır.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031