heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın

Вчера, 11:03 45 dəfə baxılıb

Əhali arasında mart ayından etibarən yayılan və hələ də davam edən virus infeksiyası geniş vüsət alıb. Bir çox vətəndaşlar xəstəlikdən tam sağalmanın çətin olduğunu bildirir. Bu xəstəlik əsasən quru öskürək, yüksək hərarət, boğaz ağrısı və digər simptomlarla müşayiət olunur. İnsanlar tətbiq edilən dərmanların da gözlənilən effekti vermədiyini qeyd edir.
Niyə müxtəlif dərman vasitələrindən istifadə olunsa da, bu xəstəliyin sağalma prosesi uzanır və çətinləşir?
Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, hazırda əhali arasında, xüsusilə də uşaqlar arasında yayılan viruslar əsasən influenza A qripi və respirator sinsitial virusdur (RSV):
“Bu virusların hər ikisi yuxarı tənəffüs yollarında iltihab yaradır, quru öskürək, asqırma, bəlğəm, yüksək hərarət, halsızlıq, zəiflik və əzələ ağrıları ilə müşayiət olunur. Ümumiyyətlə, virus xəstəliklərinə qarşı spesifik və effektiv müalicə vasitəsi yoxdur. Çünki viruslar hüceyrədaxili yaşayır və dərmanlar birbaşa onlara təsir göstərə bilmir. Bu baxımdan müalicənin əsasını immun sistemin gücləndirilməsi təşkil edir. Bunun üçün bol maye qəbulu, yataq rejimi, düzgün və vitaminlərlə zəngin qidalanma, xüsusilə meyvə və tərəvəzlərin qəbulu vacibdir”.
A.Qeybulla qeyd edib ki, insanların bu qaydalara əməl etməməsi xəstəliyin uzanmasına və ağırlaşmasına səbəb olur:
“Bir çox hallarda insanlar xəstəliyi ayaqüstə keçirməyə çalışır. Bu isə vəziyyəti daha da ağırlaşdırır, müxtəlif fəsadlara, o cümlədən pnevmoniyaya gətirib çıxarır. Eyni zamanda, belə şəxslər başqaları üçün də yoluxma mənbəyinə çevrilir. Əgər xəstələr tam sağalana qədər yataq rejiminə əməl etsələr, həm özlərini qoruyar, həm də infeksiyanın yayılmasının qarşısını almış olarlar. Təəssüf ki, bu qaydalara əməl olunmadığı üçün biz tez-tez lokal epidemiyaların şahidi oluruq”.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930