heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Qanunsuz tikintinin yeni ünvanı: “Alico” restoranında kimlər göz yumur? VIDEO FAKT

Вчера, 18:22 119 dəfə baxılıb

“Heqiqixeber.az” xəbər verir ki, son dövrlərdə ölkə üzrə qanunsuz tikinti hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür halların növbəti ünvanı kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Alico” restoranı göstərilir. Əldə olunan məlumatlar obyektin həyətində aparılan tikinti və yenidənqurma işlərinin qanunauyğunluğu ilə bağlı ciddi suallar yaradır.

Müşahidələrə əsasən, restoran ərazisində konstruksiya dəyişiklikləri həyata keçirilir, lakin bu proses zamanı tikinti təhlükəsizlik qaydalarına əməl olunmadığı açıq-aşkar görünür. Daha narahatedici məqam isə yaşıllıqlara qarşı münasibətdir. Belə ki, obyektin həyətində yerləşən ağacların gövdəsinə zərər yetirildiyi bildirilir ki, bu da ekoloji normaların kobud şəkildə pozulması deməkdir.

Məsələ ilə bağlı obyektin rəhbərliyi ilə əlaqə saxlanılıb. Rəhbərlik tikinti işlərinin qanuni olduğunu iddia etsə də, bunu təsdiqləyən hər hansı rəsmi sənəd təqdim olunmayıb. Bu isə iddiaların şübhə doğurmasına və ictimaiyyət qarşısında şəffaflığın təmin olunmamasına səbəb olur.

Ortaya haqlı suallar çıxır: Əgər aparılan işlər doğrudan da qanun çərçivəsindədirsə, niyə müvafiq sənədlər ictimaiyyətə təqdim edilmir? Əgər qanunsuzluq varsa, niyə aidiyyəti qurumlar bu məsələyə reaksiya vermir?

Rayon icra hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələdən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə tədbir görülmür? Yoxsa bir daha qanunların selektiv tətbiq olunduğunun şahidi oluruq?

Qanunların aliliyinin təmin edilməsi üçün bu kimi hallara dərhal hüquqi qiymət verilməsi zəruridir. Əks halda, özbaşınalıq hallarının genişlənməsi qaçılmaz olacaq.

Məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.








Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930