heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı

Сегодня, 15:39 17 dəfə baxılıb

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilən Ramil Abasovla bağlı sensasion iddia yayılıb. Onun gözlənilmədən bu vəzifəyə gətirilməsi rayonun vəzifəli şəxsləri arasında şok effekti yaradıb. Ramil Abasov bundan əvvəl Rayon İcra Hakimiyyətində qanunsuz tikintilərə qeyri-rəsmi nəzarət edib. Onun rəsmi vəzifəsinin sürücü olduğu bildirilir. Daha sonra icra başçısı ilə yaxın münasibətlərinə görə Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edilib.

Manset.az-ın əldə etdiyi sensasion məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Ramil Abasovu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin etmək üçün ondan 200 min manat rüşvət aldığı iddia edilir.

Bununla bağlı məlumat Binəqədidə çalışan vəzifəli şəxslər arasında artıq müzakirə mövzusuna çevrilib. İddiaya görə, Ramil Abasov təyinatı ilə bağlı keçirilən məclislərin birində bu barədə məlumatı ağzından qaçırıb.

Manset.az cəmiyyətdə ciddi müzakirələrə səbəb ola biləcək iddia ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə əlaqə saxlayıb.

O, bu barədə sualları eşitsə də, məlumatı təkzib etməyib. Əvəzində jurnalisti Binəqədi Rayon İcra Hakimiyyətinə görüşə dəvət edib.

Qeyd edək ki, son günlər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qalmaqallarla gündəmdədir. O, bu günlərdə Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisinin bütün sənədləri qaydasında olan evini qanunsuz olaraq sökdürüb. Bundan əlavə, icra başçısı ötən həftə rayon ərazisində vətəndaş qəbulu zamanı rayonda çalışan süpürgəçiləri yığdıraraq onları qəsəbə sakini kimi təqdim etmişdi. Bu xəbər də qalmaqal yaratmışdır.

Həmin səs yazısını təqdim edirik:







Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31