heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Tikinti obyektlərində qanunsuzluqlar - Hətta gecə saat 03-04 radələrində belə iş gedir - VİDEO

30-03-2023, 14:01 332 dəfə baxılıb

Qaynarxett.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu Moskva prospeki 72 ünvanda, "20 yanvar" ərazisində, "Kontrakt"ın arxa hissəsində inşa olunan coxmərtəbəli yaşayış binasının tikintisində calışan fəhlələr onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub. Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq, işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar.

Bununla yanaşı, işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi deyilir. Hətta gecə saat 03-04 radələrində belə öbyektdə iş getdiyi bildirilir.

Onu da qeyd edək ki, tikintinin hansı şırkət tərəfindən aparıldıgı barədə ərazidə hec bir məlumat lövhəsi yoxdur.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.



Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Qaynarxett.az





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930