heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Xudatoğlu İnşaat”ın ödənilməyən borcu – vətəndaşın haqqı niyə tapdanır?

Вчера, 17:55 126 dəfə baxılıb

“Heqiqixeber.az” xəbər portalına daxil olmuş şikayət ölkədə tikinti sektorunda şəffaflıq və məsuliyyət məsələlərini yenidən gündəmə gətirir. Şikayətdə bildirilir ki, “Xudatoğlu İnşaat” adlı şirkət tərəfindən sifariş verilmiş kubik daşın daşınmasına görə vətəndaşın haqqı ödənilmir və məsələ artıq ciddi narazılığa səbəb olub.

Belə ki, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbə sakini Abdullayev Emin Telman oğlu iddia edir ki, 07 aprel 2026-cı il tarixində Cəlilabad rayonunun Həziabad kəndində yerləşən fərdi yaşayış evlərinin tikintisi üçün “KamAZ” markalı yük maşını ilə kubik daş daşıyıb. Onun sözlərinə görə, sifariş “Xudatoğlu İnşaat” şirkətinə məxsus olub və işin icrası zamanı hər hansı problem yaşanmayıb. Lakin əsas problem ödəniş mərhələsində ortaya çıxıb.

Şikayətçi bildirir ki, gördüyü işin qarşılığını tələb etdikdə şirkətin nümayəndəsi olduğu deyilən Əfqan adlı şəxs müxtəlif bəhanələr gətirərək ödənişdən yayınıb. Hətta iddiaya görə, həmin şəxs vətəndaşa əlavə bir dəfə də kubik daşımağı təklif edib, əks halda əvvəlki işin pulunu ödəməyəcəyini bildirib. Bu isə açıq şəkildə əmək haqqının şərtləndirilməsi və qeyri-qanuni təzyiq kimi qiymətləndirilə bilər.

Məsələ ilə bağlı 22 aprel 2026-cı il tarixində şirkət nümayəndəsi ilə əlaqə saxlanılıb. Qarşı tərəf bildirib ki, növbəti gün bütün borc ödəniləcək. Lakin üzərindən 24 saat keçməsinə baxmayaraq heç bir ödəniş həyata keçirilməyib və eyni bəhanələr davam etdirilib. Bu isə vətəndaşın haqlı narazılığını daha da artırıb.

Emin Abdullayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən “102” xidmətinə müraciət etdiyini də qeyd edir. Lakin onun iddiasına görə, Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən indiyədək heç bir operativ reaksiya verilməyib və vəziyyətlə bağlı əlaqə saxlanılmayıb. Bu isə ictimaiyyət arasında haqlı suallar doğurur: vətəndaşın şikayəti niyə diqqətdən kənarda qalır?

Digər tərəfdən, “Xudatoğlu İnşaat” şirkətinin fəaliyyəti də ayrıca araşdırma mövzusudur. Şirkətin fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olduğu bildirilir. Lakin bu tikintilərin hansı hüquqi əsaslarla həyata keçirildiyi, müvafiq icazələrin olub-olmadığı, eləcə də tikinti standartlarına əməl edilib-edilmədiyi sual altındadır. Şirkətin baş ofisinin Bakı şəhəri, Ziya Bünyadov prospekti ərazisində, köhnə “Şəki” restoranının yaxınlığında yerləşdiyi qeyd olunur.

Mövcud vəziyyət bir daha göstərir ki, tikinti sektorunda fəaliyyət göstərən bəzi şirkətlər vətəndaşların hüquqlarına laqeyd yanaşır, öhdəliklərini yerinə yetirməkdən yayınır. Bu isə nəinki fərdi narazılıqlara, həm də ümumi etimadsızlığa səbəb olur.

Aidiyyəti dövlət qurumlarının bu məsələyə ciddi yanaşması, şikayətin obyektiv araşdırılması və vətəndaşın hüquqlarının bərpa olunması zəruridir. Əks halda, bu cür hallar presedent yaradaraq digər vətəndaşların da eyni problemlərlə üzləşməsinə gətirib çıxara bilər.

Məsələ tərəfimizdən diqqətdə saxlanılır. Araşdırmalar davam edir və qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. Oxuculara əlavə məlumatlar təqdim olunacaq.









Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930