heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

LOR cərrahı Rəşad Məmmədov yayılan iddialara münasibət bildirdi: “Rəsmi ekspertiza əməliyyatın düzgün icra olunduğunu təsdiqləyib” - AÇIQLAMA

Сегодня, 10:14 249 dəfə baxılıb


Son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə LOR cərrahı Rəşad Məmmədovun həyata keçirdiyi cərrahi əməliyyatla bağlı müxtəlif iddialar yayılıb. Məsələ ilə bağlı həkim açıqlama verərək yayılan məlumatların həqiqəti əks etdirmədiyini, rəsmi araşdırmaların isə onun tibbi fəaliyyətini və icra etdiyi əməliyyatın düzgünlüyünü təsdiqlədiyini bildirib.

Rəşad Məmmədovun sözlərinə görə, sözügedən pasiyent əməliyyatdan sonra dəfələrlə tibbi müayinədən keçirilib və aparılan baxışlar zamanı nə cərrahi əməliyyat, nə də ümumi sağlamlıq vəziyyəti ilə bağlı hər hansı fəsad aşkarlanmayıb.

Həkim qeyd edib ki, pasiyent əlavə olaraq müstəqil komissiya tərəfindən tibbi ekspertizaya cəlb olunub. Ekspertiza nəticəsində həm pasiyentin sağlamlıq vəziyyəti, həm də icra olunmuş cərrahi əməliyyat barədə müsbət rəy verilib.

Rəşad Məmmədov bildirib ki, əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi tövsiyələr həm yazılı, həm də şifahi şəkildə təqdim edilib. Lakin onun sözlərinə görə, sonradan bu tövsiyələrin bir qisminə əməl edilməməsi halları müşahidə olunub.

Həkimin açıqlamasına əsasən, həmin hallar aşağıdakılardır:

  • əməliyyatdan dərhal sonra tövsiyə edilən müddət tamamlanmadan uzaq məsafəyə və soyuq iqlim şəraitinə səfər edilməsi;
  • burun nahiyəsinə tətbiq olunan teyp-bandajın vaxtından əvvəl çıxarılması;
  • zərgərlik kimi başın uzun müddət aşağı vəziyyətdə saxlanılmasını tələb edən əmək fəaliyyətinə normadan tez başlanılması;
  • eynəkdən tövsiyə olunan müddətdən əvvəl istifadə olunması.

Rəşad Məmmədov, həmçinin yayılan məlumatlarda qeyd olunan hüquqi məsələlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu hadisə ilə bağlı hər hansı məhkəmə prosesi keçirilməyib.

"Yalnız prokurorluq tərəfindən araşdırma aparılıb, tibbi ekspertiza təyin olunub. Ekspertiza rəyi müsbət olub və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunaraq araşdırmaya xitam verilib", – deyə həkim bildirib.

LOR cərrahı hesab edir ki, bəzi media və sosial platformalarda yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır.

"Pasiyentin sağlamlığına zərər vurulması və ya əməliyyatın düzgün icra edilməməsi barədə heç bir rəsmi mənfi rəy mövcud deyil. Əksinə, bütün rəsmi ekspertiza və araşdırmalar müsbət nəticə ilə yekunlaşıb. Buna görə də yayılan iddiaların qərəzli xarakter daşıdığını və mənim işgüzar nüfuzuma xələl gətirməyə yönəldiyini düşünürəm", – deyə Rəşad Məmmədov vurğulayıb.

Zəruri giriş:

Rəşad Məmmədov 1996-cı ildə Avropa Liseyini qızıl medalla bitirib. Həmin il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub və 2002-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vuraraq otorinolarinqologiya (LOR) cərrahı ixtisasına yiyələnib.

O, 2002-ci ildən etibarən burun, boğaz və qulaq cərrahiyyəsi sahəsində fəaliyyət göstərir. Təxminən 25 illik peşəkar fəaliyyəti dövründə minlərlə uğurlu cərrahi əməliyyat həyata keçirib, müxtəlif mükafatlarla təltif olunub və yerli, eləcə də beynəlxalq peşəkar təşkilatların, o cümlədən rinoplastika üzrə ixtisaslaşmış cəmiyyətlərin üzvüdür.

Rəşad Məmmədov əmək fəaliyyəti ərzində Bakı Şəhər Baş Təcili Tibbi Yardım Xəstəxanasında, 4 saylı Şəhər Klinik Xəstəxanasında, Azərbaycan Tibb Universitetinin Burun, Boğaz və Qulaq Xəstəlikləri kafedrasında, Müdafiə Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Mərkəzi Dənizçilər Xəstəxanasında müxtəlif məsul vəzifələrdə çalışıb.

2022-ci ilin iyun ayında növbəti sertifikasiya imtahanını uğurla keçən həkimə Azərbaycan Respublikasının bütün ərazisində praktik LOR cərrahiyyəsi, o cümlədən burun cərrahiyyəsi fəaliyyəti ilə məşğul olmaq hüququ verilib. Hazırda o, "Vip Milan Hospital"da LOR cərrahı kimi fəaliyyətini davam etdirir.

Rəşad Məmmədov bildirib ki, qüvvədə olan sertifikasiya sənədi ona praktik burun cərrahiyyəsi, o cümlədən rinoplastika (burun estetik əməliyyatları) icra etmək hüququ verir. Onun sözlərinə görə, burun cərrahı kimi ixtisaslaşması həm funksional, həm də estetik burun əməliyyatlarını həyata keçirməsinə hüquqi əsas yaradır və bunun üçün ayrıca estetik cərrahlar siyahısında yer alması tələb olunmur.

P.S. Peşəkar həkim adı yalnız diplom və vəzifə ilə deyil, illərlə formalaşan təcrübə, vicdanlı fəaliyyət, pasiyent etimadı və tibbi etikaya sadiqliklə qazanılır. Redaksiyamızın qənaətincə, LOR cərrahı Rəşad Məmmədov da məhz belə həkimlərdən biridir.

Təxminən 25 ilə yaxındır burun, boğaz və qulaq cərrahiyyəsi sahəsində fəaliyyət göstərən Rəşad Məmmədov minlərlə uğurlu əməliyyata imza atıb, müxtəlif dövlət tibb müəssisələrində məsul vəzifələrdə çalışaraq zəngin peşəkar təcrübə qazanıb. O, tibb sahəsində qazandığı bilik və bacarıqları daim inkişaf etdirən, müasir tibbin yeniliklərini izləyən və bu yenilikləri praktik fəaliyyətində tətbiq edən mütəxəssislərdəndir.

Redaksiya olaraq hesab edirik ki, hər bir həkim haqqında fikir formalaşdırılarkən əsas meyar sosial şəbəkələrdə yayılan iddialar deyil, rəsmi ekspertiza rəyləri, qanuni araşdırmalar və peşəkar fəaliyyət tarixçəsi olmalıdır. Məhz bu prinsiplər cəmiyyətin həm həkimə, həm də səhiyyə sisteminə olan etimadının qorunmasına xidmət edir.

Rəşad Məmmədovun uzun illər ərzində sertifikasiya imtahanlarını uğurla keçməsi, qanunvericiliyin tələblərinə uyğun şəkildə praktik LOR və rinocərrah kimi fəaliyyət göstərməsi, eləcə də peşəsinə məsuliyyətlə yanaşması onun tibb sahəsində qazandığı nüfuzun əsas göstəricilərindəndir.

Hazırda Rəşad Məmmədov VIP Milan Hospitalda LOR cərrahı kimi fəaliyyət göstərir və pasiyentlərin müayinə və müalicəsini, həm funksional, həm də estetik burun cərrahiyyəsi əməliyyatlarını peşəkar şəkildə həyata keçirir. Onun uzun illərə söykənən təcrübəsi, yüksək peşəkarlığı və pasiyentlərə fərdi yanaşması həm həmkarları, həm də müraciət edən şəxslər tərəfindən yüksək qiymətləndirilir.

Redaksiya olaraq Rəşad Məmmədova gələcək peşə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və Azərbaycan səhiyyəsinin inkişafı naminə həyata keçirdiyi fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq.

 

Məhruba Usubova

Baş redaktor

AJB-nin üzvü

 

 

 





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031