heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"

19-03-2025, 13:55 155 dəfə baxılıb


Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramda müəllif və aparıcı Arzu Kəlbi liposaksiya əməliyyatından sonra dünyasını dəyişdiyi iddia olunan Rəvanə Mirzəyevanın evində olub.

Mərhumun qızının sözlərinə görə, anasında əməliyyatdan öncə problem yaransa da, müalicə alaraq sağalıb və həkimlər onu liposaksiyaya uyğun görüblər.

"Əməliyyatdan 15 gün sonra anamın ağrıları başladı. Həkimə gedəndə dedilər ki, hər şey yaxşıdır, əməliyyatdan sonra bu hal normaldır. Anamın halı pisləşəndə evdə deyildim, nənəm zəng edib "tez evə gəl, ananın vəziyyəti pisdir" dedi. Gələndə gördüm ki, o keçinib. Kaş əməliyyat olunmazdı", - o söyləyib.

R.Mirzəyevanın anası Zümrüd Rüstəmova isə əməliyyatdan sonra qızının ayağında şiş yarandığını deyib:

"Uşağım "ana, mənə kömək et" dedi, dərman istədi, təcili tibbi yardım çağırdım, o da bir saata gəldi, qızım keçindi. Uşağım əlimdən getdi, 16 yaşında bir qızı qaldı. Rəvanənin krediti var, uşağı oxuyur, pensiyamı çatdıra bilmirəm. Qızım "sizi buradan çıxaracağam" deyirdi, amma özü getdi".(Baku TV)

Ətraflı süjetdə:






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031