heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Uğur 777” estetik klinikasının rəhbəri Baş redaktoru təhdid etdi? Və ya rüşvət təklifi... FAKT/SƏS YAZISI

5-05-2025, 12:59 832 dəfə baxılıb


Son dövrlər mediada “Uğur 777” estetik klinikası ilə bağlı yayılan qalmaqallı xəbərlər cəmiyyətin diqqət mərkəzinə çevrilib. Klinikanın fəaliyyəti və rəhbərliyi ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bu dəfə məsələ daha da ciddiləşib.
Heqiqixeber.az xəbər portalının redaksiyasına daxil olan məlumata görə, klinikanın rəhbəri Xəyalə xanım mediada yayımlanan tənqidi materiallardan sonra xəbər portalının baş redaktoru Məhruba Usubova ilə birbaşa əlaqə saxlayıb. Jurnalistlə aparılan bu telefon danışığında səsləndirilən bəzi ifadələr təəccüb və narahatlıq doğurub.
Portalın iddiasına görə, telefon danışığı zamanı Xəyalə xanım jurnalistin obyektivliyini etiraf etsə də, eyni zamanda dövlət qurumlarına “aylıq haqq” verdiyini bildirib. Söhbət zamanı səsləndirilən fikirlərdən belə qənaət hasil olur ki, klinika rəhbəri öz fəaliyyətinə dair nəzarəti müəyyən dərəcədə aradan qaldırmağa çalışır. Bu isə ciddi hüquqi suallar doğurur.
Qeyd edək ki, sözügedən telefon danışığı səs yazısı şəklində qeydə alınıb və mediaya təqdim edilib. Səs yazısında Xəyalə xanımın dediyi iddia edilən sözlər, nəinki jurnalist etikası, hətta cinayət qanunvericiliyi baxımından da diqqət çəkir.
“Heqiqixeber.az” rəhbərliyi bildirir ki, onlara edilən çoxsaylı zənglərə, təzyiqlərə baxmayaraq, redaksiya obyektivliyini və prinsiplərini qorumaqda davam edir: “Biz heç bir zaman mövqeyimizdən geri çəkilməmişik. Haqqın tərəfindəyik. Kimliyindən asılı olmayaraq, istənilən şəxs qanun qarşısında bərabərdir.”
Bildirir ki, səs yazısı rəsmi qurumlara təqdim olunacaq və hüquqi qiymət verilməsi üçün addımlar atılacaq.
Hazırda qarşı tərəf – “Uğur 777” estetik klinikası və rəhbərliyi məsələyə dair ictimaiyyətə hər hansı açıqlama verməyib. Buna baxmayaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq, çünki jurnalistikanın əsas prinsiplərindən biri də obyektivlik və balanslı yanaşmadır.
Davamı olacaq…

Heqiqixeber.az





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031