heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Bərdə rayonunda insan alveri iddiası – hüquq-mühafizə orqanları niyə susur? Rafiq adlı şəxs kimə arxalanır? VİDEO FAKT

2-07-2025, 20:56 82 dəfə baxılıb

“Heqiqixeber.az” redaksiyasına daxil olan məlumat cəmiyyətimizi dərindən narahat etməyə bilməz. Belə ki, redaksiyamıza ünvanlanan şikayətə və təqdim olunan video-fakta əsasən, Bərdə rayonu, köhnə bazar ərazisində yerləşən bir çayxanada insan alverinin baş verdiyi iddia olunur. Vətəndaşın sözlərinə görə, bu çayxanada açıq şəkildə qadınlar bəy müştərilərə 20-30 manat müqabilində cinsi xidmət təklif edirlər. Əldə olunan görüntülər də bu iddianı müəyyən mənada təsdiqləyir.

İctimai əxlaqı, insan hüquqlarını və dövlətimizin qanunlarını kobud şəkildə pozan bu kimi halların Bərdə kimi köklü tarixə malik bir bölgədə baş verməsi həm yerli icma, həm də hüquq-mühafizə orqanları üçün ciddi siqnaldır. Azərbaycan Respublikasının qanunvericiliyi insan alverinə qarşı barışmaz mövqedədir. Cinayət Məcəlləsinin 144-cü maddəsi insan alverini qadağan edir və bu əmələ görə sərt cəzalar nəzərdə tutulur.

Lakin bu halda diqqət çəkən məqam odur ki, iddiaya əsasən həmin kafenin fəaliyyəti uzun müddətdir davam edir və bu barədə artıq çoxsaylı sakinlər məlumatlıdır. Sakinlərin bəziləri qeyd edirlər ki, bu çayxanaya müəyyən saatlardan sonra gələn şəxslərin əsl niyyəti çay içmək yox, qadınlarla “razılaşmaq” olur. Bu isə təkcə əxlaqi baxımdan deyil, eyni zamanda cəmiyyətin hüquqi dayaqlarına da ciddi təhdid yaradır.

Adıçəkilən obyektin sahibinin Rafiq adlı şəxs olduğu deyilir. Redaksiya olaraq onunla əlaqə saxlamaq və məsələyə münasibət öyrənmək istəsək də, təəssüf ki, bu cəhdimiz nəticəsiz qaldı. Bu isə ictimai şübhələri daha da artırır. Əgər iddialar yalan və böhtan xarakterlidir isə, sahibkar niyə mövqeyini açıqlamır?

Burada əsas sual budur: Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti hüquq-mühafizə orqanları bu məsələni niyə görməzdən gəlirlər? Belə bir obyektin fəaliyyət göstərməsi və insan alverinə şərait yaradılması artıq təkcə cəmiyyəti yox, dövlətin hüquqi nüfuzunu da zədələyir. Hüquq-mühafizə orqanlarının bu məsələdə passiv qalması ictimai etimadı sarsıda bilər.

Xatırladaq ki, insan alveri təkcə məcburi əməyə cəlbetmə və qadın istismarı ilə məhdudlaşmır. Bu, eyni zamanda, insan haqlarına, ləyaqətinə və azadlığına qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan dövləti insan alverinə qarşı ardıcıl olaraq mübarizə aparır. Bəs niyə bu hallar rayon səviyyəsində kölgədə qalır?

Əgər doğrudan da belə bir qanunsuz fəaliyyət varsa, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələyə dərhal reaksiya verməlidir. Qanunsuz fəaliyyət göstərən obyektlər bağlanmalı, bu çirkli şəbəkəni himayə edən şəxslər qanun qarşısında cavab verməlidir. İctimaiyyət isə bu cür halları gizlətmək yox, üzə çıxarmaqla cəmiyyətin sağlamlığına töhfə verməlidir.

Bərdə kimi tarixi, mədəni və sosial baxımdan zəngin bir rayonda bu cür halların baş verməsi rayon rəhbərliyinin də nüfuzuna kölgə salır. Bu səbəbdən, yerli İcra Hakimiyyəti də məsələyə biganə qalmamalı, aidiyyəti orqanlarla birgə koordinasiyalı şəkildə araşdırmalara başlanmalıdır.

Sonda qeyd edək ki, bu yazının məqsədi kimisə günahlandırmaq və ya qaralamaq deyil, ictimai narahatlığı gündəmə gətirmək və hüquqi reaksiya üçün çağırış etməkdir. İnsan alveri ilə bağlı iddiaların ciddi araşdırılması və əgər bu hallar sübuta yetirilərsə, hüquqi qiymət verilməsi vacibdir. Dövlətin hüquqi əsasları yalnız vətəndaş cəmiyyətinin fəallığı və qanunların bərabər tətbiqi ilə möhkəmlənə bilər.

Heqiqixeber.az redaksiyası məsələni nəzarətdə saxlayacaq və aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyini dərc etməyə hazırdır. Cəmiyyətimiz və hüquqi dövlət prinsipləri naminə susmaq olmaz!

Videonu sizə təqdim edirik, şərhsiz...


Adı çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq

Heqiqixeber.az

 






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031