Bir neçə vətəndaşa eyni ərazidə torpağı, evi satmaqla bağlı hüquq-mühafizə orqanları ciddi mübarizə aparır.

XALQ-a məlumat verir ki, belə əməlləri törədənlərdən biri də Ordubad rayon sakini Babayev Nurlan Tapdıq oğludur. Haqqında hazırda 178.3.3, 178.2.2, 178.2.4 maddələri ilə 9 cinayət işi açılan və vətəndaşların əmlakını ələ keçirməkdə təqsirləndirilən Nurlan Babayev Suraxanı rayon məhkəməsinin qərarı ev dustağlığına buraxılıb.
Bildirək ki, Nurlan Babayevin əməllərindən zərər çəkən vətəndaşlar sayı 20-yə yaxındır.
Bununla bağlı müxtəlif televiziya və media orqanlarında şikayətlər səsləndirilib.
Nurlan Babayev vətəndaşlara saxta sənədlə torpaq satmaqla bərabər həmdə heyvandarlıqla, kiçik ticarətlə məşğul olan şəxslərə qarşı belə dələduzluq əməlləri edib.
Misal üçün Pirşağa sakini qəssab işləyən Əmirov Asif bildirir ki, iyun ayının 23-ü Nurlan Babayev ondan 2 inək alıb nisyə və bir həftəyə pulunu verəcəyi sözünü versədə hələdə onun beş min beş yüz manatını vermir. Bundan başqa digər şikayətçi Sumqayıt şəhər sakini Abbas Abbasov bildirir ki, Nurlan Babayev onu aldadaraq ona məxsus 13 min manatlıq heyvanları apararaq pulunu verməyib. Şikyətçi Abbas Abbasovun sözlərinə görə lalafo elan saytında heyvanların satışı ilə bağlı elan yerləşdirilər və Nurlan Babayev onların nömrəsini ordan götürüb əlaqə yaradıb. Nurlan Babayev bir xanımla Abbas Abbasovun evinə gəlib və deyib bu qadın yoldaşımdı, Məmmədli kəndində “Beyləqan Ət” dükanım var, heyvanları aparım pulunu göndərəcəm. Abbas Abbasov bildirir ki, Nurlan Babayev heyvanları apardıqdan bir gün sonra onların kartına 2 min manat atıb və daha sonra nömrəsini bağlayıb.
Nurlan Babayev həmçinin bu ilin iyun ayında Bərdə heyvan bazarına gedərək rayon sakinini aldadaraq onun 150-yə yaxın qoyununu ələ keçirərək vətəndaşa külli miqdarda ziyan vurub.

Belə ki, İsmayılov Eyvaz Əvəz oğlunda 90 min manatlıq, İskəndərov Rəsul Bilal oğlu 86 min manatlıq heyvan alaraq aldadıb. Vətəndaşların şikayətindən sonra Bərdə Polis İdarəsində Nurlan Babayev haqqında cinayət işi açılmış və rayon məhkəməsinin qərarı ilə həbs olunmuşdur. Daha sonra Suraxanı rayon Məhkəməsi N.Babayevi müvəqqəti ev dustaqlığına buraxıb.

Bundan başqa Nurlan Babayev Abşeron rayon Məmmədli kəndində eyni torpaq sahələrini xeyli sayda vətəndaşlara sataraq onlara külli miqdarda ziyan vurmuşdur.
Belə ki, Quliyev Əfqan Fəqan oğlu, Cəfərova Şəbnəm Sabir qızı, Hüseynov Şahismayıl Hüseyn oğlu, Səfərov Məhərrəm adlı şəxslərə ondan hüquq mühafizə orqanlarına şikayət etmişlər ha- hazırda Sabunçu rayon polis idarəsində araşdırma aparılır. Həmçinin Alimova Minayə adlı qadının aldadaraq mal-qarasını aparıb pulunu ödəmir.
Şikayətçilər qeyd edir ki, Nurlan Babayev hüquq- mühafizə orqanlarında yüksək rütbəli bir generalın onun arxasında dayandığını deyir. Buna görə heç nədən və heç kimdən qorxmadığını, aldatdığı şəxslərin pulunu və evini verməyəcəyini bildirir.
Bütün bu baş verənləri və şikayətçi olan şəxsləri dinlədikdən sonra belə qənaətə gəlmək olar ki, hüquq-mühafizə orqanları Nurlan Babayevlə bağlı daha dərindən araşdırma aparmalı və onun digər dələduzluqlarını üzə çıxartmalıdırlar.
Son aldığımız məlumat görə məsələ ilə bağlı şikayətçilər Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun qəbulunda olmuşlar. Nazir qəbul zamanı araşdırlması üçün lazımi tapşırıqlarını vermişdir.
Səslənən iddialara bağlı Nurlan Babayevlə əlaqə yaratmaq mümkün olmadı. Yazıda adları keçənlərin və Nurlan Babayevində fikirlərini dərc etməyə hazırıq.
Şikayətçilərin videomüraciətlərini təqdim edirik: