heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Bakıda ağacları kəsən sahibkar cəzalandırılıb

Сегодня, 12:14 17 dəfə baxılıb


Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb...

İdarənin rəisi Qafar Ağayev "Report"a bildirib ki, araşdırma zamanı ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişi ilə kəsildiyi və təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
“Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.
Poliqon.info





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930