Sizcə Kapital bankla əməkdaşlıq edməyə dəyərmi?
Mən Usubova Məhrubə Rzaxan qızı Kapital bankın əməkdaşlarından şikayətciyəm və onlarla əməkdaşlıq etməyimə cox peşimanam. Belə ki, dünən saat 21:10 radələrində mənim kapital kartıma link gəldi, mən linki açarkən kartımda olan 100 (yüz) azn pul aftomatik cəkildi. Təxminən 3 dəqiqədən sonra mən Kapitalın 196 qaynar xəttini yıqıb məlumat verdim, Kapitalin işciləri isə "biz sizə kömək edə bilmərik" deyə cavab verdilər. Təxminən mən ayrı-ayrılıqda Kapitalın işcilərini 3 dəfə məlumatlandırsam da Kapitalın operatorları "102 xidmətinə məlumat verin, biz hec cür kömək edə bilmərik" dedilər. Mən illərdi ancaq kapital kartlarından isdifadə edirəm, kapitala borcumuz olarsa bizi məhkəməyə verib ödənişi alırlar və bizim bütün məlumatlarmızı istədikləri vaxt tapırlar. Mən hansı karta atdıgımı deyib o kartdan geri cəkmələrini istəsəm də kömək edə bilməyəcəklərini söylədilər. İndi kapital bankla işləyən vətəndaşların başına belə bir iş gələrsə biz səhvən atdıgımız pulları qarşı tərəfi tapib necə geri alaq? Sizcə Kapital bankla əməkdaşlıq edməyə dəyərmi?