Sumqaylt şəhər 22 saylı orta məktəbdə nə baş verir? - Qanunsuzluqlar, özbaşınalıqlar...
Sumqaylt şəhər 22 saylı orta məktəbdə nə baş verir? Qanunsuzluqlar, özbaşınalıqlar...
Sumqayıt şəhər 22 saylı orta məktəbin adı tez-tez qalmaqallarda, müəllimlər və direktor arası intriqalarda, valideyn narazılıqlarında hallanır. Biz media üzərindən araşdırma apararaq mətəbdə baş vermiş və mətbuatda geniş işıqlandırılmış iki hadisəni oxuculara catdırmaqla məktəb haqqında kifayət qədər təsəvvür yaratmağa calışacagıq.
Hələ illər öncə tarix müəlliminin şagirdi amansızcasına döyməsi, onu təhqir etməsi cəmiyyətin bütün təbəqələrinin kəskin etirazına səbəb olmuş, həmin müəllim işdən azad edilmiş, direkror Tahirə Cəfərovaya isə töhmət verilmişdir.
Bundan başqa məktəbin müdirinin qanunsuz olaraq məktəbə bir neçə laborant işə götürdüyü, əslində isə onların maaşlarını özü aldığı, belə demək olarsa məktəbdə “ölü canlar”ın hesabına sərvətinə sərvət qatdığı haqqında da məlumatlar var.
O vaxt sən demə prokurorluq tərəfindən 22 saylı orta məktəbə və onun direktoruna cinayət işi də qaldrılıbmış.
Valideynlərin bildirdiyinə görə, cinayət işinin qaldırılmasının səbəbi məktəbdə 11-ci sinif şagirdlərinin pul müqabilində evə buraxılması, sinif otaqlarının müəllimlərə icarəyə verilməsi, məktəbdə yeyinti hallarının aşkar edilməsi və digər korrupsiya hallarının baş verməsidir. Maraqlı olan məqam odur ki, bütün bu neqativ halların baş verməsinə, məktəbin cəmiyyət arasında nüfuzdan düşməsinə, Elm və Təhsil Nazirliyinin və təhsil sisteminin adının ləkələnməsinə baxmayaraq direktor Tahirə Cəfərova haqqında lazımi ölçü götürülmür. Və yaxud götürə bilmirlər.
Bu münvalla illərdir ki, Tahirə Cəfərova direktor vəzifəsindədir, yəni dəyirman öz işindədir, "caq-cuq"u baş agrıdır.
Görəsən Tahirə xanımın arxasında dayanan qüvvə kimdir ki, onun xətrinə bu boyda dövlətin bu boyda təhsil sisiteminin imicinə zərbə vurulur.
Ardı var...